KİV: Rusiya İrana yüzlərlə PUA və ballistik raket sifarişi verib

2022/10/1666260795.jpg
Oxunub: 376     14:56     07 Dekabr 2022    
“Rusiya İrana yüzlərlə PUA və ballistik raket sifarişi verib”.

Ordu.az Almaniyanın “Zeit” nəşrinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Nyu-Yorkdakı ofisindəki mənbə məlumat verib.

Bildirilib ki, İran Rusiyaya PUA və raket tədarükünü əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır: “Beləliklə, rəsmi Moskva ciddi silah çatışmazlığının qarşısını almağa çalışacaq”.

Vurğulanıb ki, silahlar hələ göndərilməyib, amma artıq sifariş verilib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   PUA  


Bizi "telegram"da izləyin