Fransanın təxribatları davam edir – Seperatçıların “rəhbəri” Parisə gedib

2022/12/Untit-1670409929.jpg
Oxunub: 377     21:20     07 Dekabr 2022    
Laçın dəhlizi ətrafında baş verən hadisələrə paralel olaraq, qondarma qurumun “rəhbəri” Arayik Harutyunyanın Fransaya səfər edib. O, Fransada İle-de-Frans şəhər dairəsinin rəhbəri, Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekreslə görüşüb. Pekres bir müddət əvvəl Qarabağa qanunsuz səfər etmişdi. Rusiya sülhməramlılarının qanunsuz səfərin qarşısını almaması sərt tənqid edilmişdi. Pekresin səfəri artıq Fransaya qayıtdıqdan sonra açıqlanmışdı.

Fransa bu addımlarla danışıqlarda iştirak etmək şansını hər gün daha da azaldır. Fransa parlamentinin iki palatasının “noyabr qətnamələri” mahiyyət etibarı ilə Parisin danışıqlardan uzaqlaşdırılması üçün əsas səbəbdir. Artıq Azərbaycan Fransanın iştirak ilə keçirilən danışıqlardan imtina edib.

Həmçinin Ermənistan Fransanın təxribat şirnikləndirmələrinə boyun əyməməlidir. Fransa Ermənistana hərbi yardım göstərmək niyyətində deyil. Potensial toqquşmada Fransa sadəcə bəyanatlar səviyyəsində dəstək verəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Qarabağ  


Bizi "telegram"da izləyin