Erməni politoloq: “Azərbaycan bizim nəzarətimizdə qalmış əraziləri almaq istəyir”

2022/09/1664264742.jpg
Oxunub: 585     19:18     07 Dekabr 2022    
“Azərbaycanlılar geosiyasi reallıqların imkan verdiyi qədər ona uyğun addımlar atırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Jirayr Əzizyan deyib.

Onun sözlərinə görə, hətta 44 günlük müharibənin başlaması vəziyyətində də çox böyük geosiyasi konsensus var idi və bu konsensus müharibəyə getmə addımını təmin edib.

“Bu gün də Azərbaycan çox gözəl dərk edir ki, sabah heç bir fövqəldövlət, beynəlxalq təşkilat Qarabağ ermənilərinin ərazini tərk etməsi problemini qoya bilməyəcək. Azərbaycan bizim nəzarətimizdə qalmış əraziləri almaq istəyir”, - deyə Əzizyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin