Erməni siyasi xadim: “ABŞ müxtəlif yollar nəzərdən keçirir, lakin onlar tək tanqo rəqsi oynamırlar”

2022/09/1662528444.jpg
Oxunub: 366     17:45     07 Dekabr 2022    
“Biz Dövlət Departamentində təhlükəsizlik və demokratiyaya baxışımızı təqdim etdik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının siyasi şurasının üzvü Artaşes Xalatyan deyib.

Onun sözlərinə görə, onlar Dövlət Departamentində partiyanın nümayəndə heyətinin üzvləri ilə mühüm görüşlər keçiriblər.

Xalatyan qeyd edib ki, Dövlət Departamenti Ermənistanda baş verənlərlə bağlı kifayət qədər məlumatlıdır.

“Amerikalı tərəfdaşlar Ermənistanın ehtiyaclarını kifayət qədər yaxşı başa düşürlər. Amerikalı tərəfdaşlar hakimiyyətin təmkinini başa düşürlər. ABŞ Ermənistanı dəstəkləmək üçün müxtəlif yollar nəzərdən keçirir, lakin onlar tək tanqo rəqsi oynamırlar”, - deyə Xalatyan bildirib.

Erməni siyasi xadim hesab edir ki, Ermənistan hökuməti həyati əhəmiyyətli qərar qəbul etmək imperativi qarşısında dayanıb.

“Radikal addımlar atmaqla vəziyyəti poza bilərik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin