İran ermənisi: “Azərbaycan İranın hərbi təlimlərinə çox sərt reaksiya verib, hətta prezident səviyyəsində bəyanatlar verib”

2020/01/Movse-1578473391.jpg
Oxunub: 723     17:10     07 Dekabr 2022    
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, İran sərhədində, Bakı, Astara, Cəbrayıl və İmişli rayonlarında Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb.

Ordu.az-ın məlumatına görə, İran ermənisi olan siyasi şərhçi Movses Keşişyan deyib ki, İran rəsmiləri hələ bununla bağlı rəsmi açıqlama verməyib.

Onun sözlərinə görə, amma məlumdur ki, Azərbaycan İranın son vaxtlar İran-Azərbaycan sərhədi yaxınlığındakı fəallığına, xüsusən də keçirilən hərbi təlimlərə çox sərt reaksiya verib, hətta prezident səviyyəsində bəyanatlar verib.

“İran tərəfi hər zaman bəyan edib ki, heç bir tərəflə döyüşə girmək istəmir, eyni zamanda, regiondakı maraqlarının təhlükə altına düşməsinə imkan verməyəcək”, - deyə Keşişyan qeyd edib.

O bildirib ki, İran-Ermənistan ümumi sərhədi Tehran üçün “qırmızı xətt”dir.

“Sərhəd olduğu kimi qalmalıdır. Azərbaycan tərəfi də heç bir tərəfin bəyanatlarından və ya addımlarından qorxmadığını açıqlayıb. Azərbaycan hesab edir ki, İsrail və ya Türkiyənin müdafiəsinə arxalanaraq başqa istiqamətlərdə də aktivlik nümayiş etdirə, həm də İranı sıxışdıra bilər. Xüsusilə İranda baş verən siyasi narazılıqlardan öz məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışırlar. Düşünürlər ki, İran öz daxili məsələlərinə qarışaraq lazımi addım ata bilməyəcək, reaksiya verə bilməyəcək. İran öz hüquqlarını heç kimə vermək fikrində deyil və onları qorumaq üçün hər şeyi edəcək”, - deyə Keşişyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin