Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Vardan Harutyunyan deyib.
Onun sözlərinə görə, süni şəkildə gətirilən müxalifət gündəm yarada bilməyib.
“Müxalifətin yarpaq tökməsi ictimaiyyət üçün önəmli deyil. Müxalifət və iqtidar meydanı sistemi ayrı-ayrı simaların meydana çıxmasına imkan vermir. Axınla gedirik, oradan çıxmaq üçün heç bir səy göstərilmir. Qalib artıq məlum olanda əks-rekorda qayıtmışıq”, - deyə Harutyunyan qeyd edib.
Erməni hüquq müdafiəçisi hesab edir ki, bu gün Ermənistanı bu vəziyyətdən çıxarmaq 10 noyabrdan sonra olduğundan daha çətindir.
Alpər Mövludoğlu
Ordu.az