Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Nver Davtyan deyib.
Onun sözlərinə görə, hər bir hərbi təlimin taktiki və təlim hazırlığından başqa düşmənə və ya potensial düşmənə güc imkanlarını nümayiş etdirmək mənası var.
“İran hərbi rəhbərliyinin bəyanatlarından müşahidə edirik ki, ölkənin silahlı qüvvələri müəyyən təhlükələr nəzərə alınmaqla cəmləşib”, - deyə erməni ekspert qeyd edib.
Davtyan qeyd edib ki, İran mümkün hərbi qarşıdurmaya hazırlaşıb və nəyinsə baş verəcəyini gözləyir.
O əlavə edib ki, şimal-cənub yolunun təhlükəyə düşməməsi üçün Hindistan, İran və Rusiyanın vacib işləri var.
Alpər Mövludoğlu
Ordu.az