Ordu.az xəbər verir ki, bunu danışıqlar üzrə erməni ekspert Artur Martirosyan deyib.
Onun sözlərinə görə, Bakı başa düşür ki, Qarabağda mədən işlədən şirkətlər böyük vergi ödəyiciləridir və iş yerləri baxımından çox vacibdir.
“İlham Əliyevin Ruben Vardanyanla danışıqlardan imtina etməsi o demək deyil ki, başqa səviyyələrdə danışıqlar olmayacaq. Bakı danışıqlardan əvvəl Vardanyanın imicinə zərbə vurmaq istəyir”, - deyə Martirosyan bildirib.
Erməni ekspert qeyd edib ki, Bakı Qarabağdakı separatçıları dilemma qarşısında qoymaq istəyir: ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da ərazini tərk etmək.
Onun sözlərinə görə, Ermənistana tələblər irəli sürmək üçün əməliyyatlar və təlimlər davamlı olacaq.
“Ermənistan alternativləri gücləndirməyə çalışmır. Ermənistan hökuməti əlini çəkir, bu siyasətə qarşı ciddi addımlar atmağa hazır olmadığını göstərir. Üstəlik, onlar Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduqlarını bəyan edərək Qarabağın (qondarma qurum – red.) özünün Bakı ilə danışıqlar aparmalı olduğunu iddia ediblər. Bu, Azərbaycana 1988-ci ildən bəri olduğundan daha çox rıçaq verir”, - deyə Martirosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az