Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan deyib.
“Mən uşaqların sevincinin tərəfdarıyam, yaxşı ki, Uşaq Avroviziya Mahnı Müsabiqəsi Ermənistanda keçirilir, amma hər şeyin dadı, ölçüsü və forması var. Xalqımız reallığı düzgün başa düşməlidir ki, analar övladlarının növbəti meyit partiyasını almasınlar, yaxud dəfn olunmamış meyitləri almağı gözləməsinlər”, - deyə Tevanyan bildirib.
İki dövlət arasında paralellər aparan erməni deputat qeyd edib ki, azərbaycanlılar Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bir neçə saatlıq bağlayıblar, İrəvandakı hökumət isə bayram işıqlarını asmaq və Yeni ilə hazırlaşmaq üçün paytaxtın mərkəzi küçələrini bağlayıb.
Tevanyanın sözlərinə görə, Azərbaycan ordusunu, Ermənistan hökumətinin başçısı isə öz mühafizəçilərini artırır.
“Azərbaycan silah alıb bizə hücum etməyə hazırlaşır. Ermənistan hökuməti qürurlu vətəndaşların sayıqlığını azaltmaq, bayram ağacı bəzəmək, xalqı karnaval reallığına gətirmək üçün külli miqdarda pul xərcləyir”, - deyə erməni deputat bildirib.
Alpər Mövludoğlu
Ordu.az