“Baş nazir, nazir, ölmüş hərbi qulluqçunun ailəsinin məsələsini həll edin, bunu etməsəniz, yerə girsəniz yaxşı olar” - Vardanyan

2022/12/df54g-1670404032.jpg
Oxunub: 327     15:00     07 Dekabr 2022    
“Şənbə günü vəziyyətlə tanış olmaq üçün Göyçədə olduq, mən konkret bir ailə haqqında danışacam”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan bildirib.

“Xüsusən bir ailə haqqında danışacam. Əgər dövlət konkret adamın işi ilə məşğul olmursa, böyük işlərdən danışmaq yalan və axmaqlıqdır. Sentyabrın 13-də Kaputan kəndinin yuxarısında yerləşən döyüş mövqelərində müqaviləli hərbi qulluqçu Vahan Mexaki Hakopyan ölüb. Evdə bütün ömrünü zəhmətlə işləyən kəndli qadın ana, Varsiki xanım idi, üzündə, sözündə faciə var idi. Gəlin Naira və onun 4 azyaşlı uşağı, 7 yaşlı Varsik, 6 yaşlı Naren, 4 yaşlı Elen və 1,5 yaşlı Qor evdə idilər. Baş nazir, müdafiə və ərazi idarəetmə nazirləri, vilayət rəisi, Milad ağacının və televizorun işıqlarını ayırın, Varsik xanıma, Naira və 4 uşağa baş əyin və bu işi tez həll edin. Qısa vaxtınız var, etməsəniz, yerə girsəniz yaxşı olar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin