Ordu.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.
Baş prokurorun müavini qeyd edib ki, 30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində addımlar atılır:
"Həmçinin onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması, eyni zamanda təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb".
O bildirib ki, son iki il yarımdan artıq müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönələn geniş miqyaslı islahatlar nəticəsində prokurorluq cinayət təqibinin həyata keçirilməsi zamanı insanların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb.
Ordu.az