Macarıstanla minatəmizləmə üzrə əməkdaşlıq müzakirə edilib

2022/12/638f4-1670335113.jpg
Oxunub: 263     17:38     06 Dekabr 2022    
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüş keçirib.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində gələcək birgə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Səfir işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və davamlı bərpa-quruculuq işlərinin aparılması məqsədilə icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatlarına təmsil etdiyi hökumətin töhfə vermək niyyətində olduğunu qeyd edib.

Vüqar Süleymanov öz növbəsində Macarıstan hökumətinin humanitar minatəmizləmə fəaliyyətinə bügünədək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Macarıstan  


Bizi "telegram"da izləyin