Rusiya İrina Vereşuk və Emine Japarovanı beynəlxalq axtarışa verib

2022/12/638f3-1670335077.jpg
Oxunub: 354     17:00     06 Dekabr 2022    
Rusiya Ukrayna Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk və ölkənin xarici işlər nazirinin birinci müavini Emine Japarovanı beynəlxalq axtarışa verib.

Ordu.az xəbər verir ki, bu barədə Moskvanın Lefortovo məhkəməsinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd olunub ki, adıçəkilən şəxslər barədə qiyabi həbs qətimkan tədbiri seçilib və buna səbəb kimi Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulması göstərilib.

“Moskvanın Lefortovo məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 280.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən Vereşuk İrina Andreevna və Japarova Emine Ayarovna barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə istintaqın vəsatətləri təmin edilib”, – mətbuat xidmətindən deyilib.

Barələrində irəli sürülən ittiham təsdiqini taparsa, onları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin