Şimali Koreyanın nüvə sınaqları, Rusiyanın Yaponiya yaxınlığındakı təlimləri, Çinin Tayvan ətrafında hərbi əməliyyatları və Hindistan və Pakistan arasında nüvə böhranı bütün Asiya ölkələrində narahatlıq yaratmaqda davam edir.
Avstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanan AUKUS sazişi, habelə ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın Çin əleyhinə Dördlü Təhlükəsizlik Dialoqu (QUAD) ittifaqı Pekinə qarşı mübarizə əsasında qurulub.
Avropa ölkələrinin “AUKUS Plus”a daxil edilməsinə dair razılaşma Çin tərəfindən əks reaksiya ilə qarşılansa da, yeni bazalar, uzaq mənzilli silahlar və xüsusilə nüvə sualtı qayıqlarını ehtiva edən razılaşma həm də NATO-nun Asiya-Sakit Okeanına doğru genişləndirməsi kimi şərh edilir.
İyulun 22-də Çin Silahlara Nəzarət və Silahsızlanma Dərnəyi (CACDA) və Çin Nüvə Sənayesi Strategiya İnstitutu (CINIS) tərəfindən dərc edilən “Nüvə Silahlarının Yayılmaması Riski” başlıqlı hesabatda AUKUS çərçivəsində sualtı qayıqların inkişafı xüsusi qeyd edilib.
Nüvə silahları ilə tez-tez gündəmə gələn Çinin nüvə hesabatlarına ABŞ-ın etirazı gecikmədi. ABŞ-da yerləşən Beynəlxalq Sülh üçün Karnegi Fondu və Lou İnstitutu kimi beyin mərkəzləri arqumentləri rədd etsə də, AUKUS çərçivəsində ABŞ və Böyük Britaniyanın Avstraliyaya tonlarla nüvə materialının ötürülməsini əhatə edən səkkiz nüvə sualtı qayığı təmin edəcəyi gözlənilir.
AUKUS ABŞ və Böyük Britaniyaya Avstraliyanı nüvə silahı ola bilən “Tomahawk” qanadlı raketləri də daxil olmaqla, uzun mənzilli dəqiq zərbə imkanları ilə təmin etməyə imkan verir.
Hazırda ABŞ-ın Hind-Sakit Okean Komandanlığının (USINDOPACOM) bölgədə daimi olaraq yerləşdirilmiş 5 aviadaşıyıcı gəmisi, 1100 təyyarəsi, 200 donanma gəmisi və 375 000 hərbi qulluqçusu var.
Avstraliyanın bu silahlanma yarışında əsas rol oynayacağına diqqət çəkən ekspertlər, “Quad” və AUKUS-a daxil olan ölkənin iqtisadi çətinliklərə, qlobal neft qiymətlərinə və inflyasiyaya baxmayaraq müttəfiq olduğu dövlətlərin yanında olmaq məcburiyyətində olduğunu vurğulayırlar.
Həm “Quad”, həm də AUKUS Asiya ölkələrinin əsas gündəmində mühüm rol oynadığı halda, Çin Yaponiyanın silahlanma və hərbi əlaqələrinə etiraz bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, gündəliyi dəyərləndirərkən Yaponiyanın silahlanması və hərbi əlaqələrinin Asiya-Sakit Okean üçün “həmişəkindən daha böyük təhlükə” yaratdığını bildirib.
Zjao çıxışında deyib: “Yaponiya konstitusiyasının ifadəsinə ciddi şəkildə zidd addımlar atır. Yaponiya Asiya-Sakit Okean regionunda sülh, təhlükəsizlik və sabitliyə böyük təhlükə yaradır”.
Yaponiyanın tarixindən dərs almalı olduğunu vurğulayan Zhao, həmçinin “təhlükəsizlik qayğıları çərçivəsində qonşu ölkələrə hörmət etməli” olduğunu ifadə edib və bildirib ki, Yaponiya öz tarixini diqqətlə öyrənməli və dinc inkişaf yolu ilə getməlidir.
Sevinc Əliyeva
Ordu.az