Çin HHQ sahəsində Rusiya ilə fərqi böyüdür?

2022/12/1670586883.jpg
Oxunub: 513     15:51     09 Dekabr 2022    
Rusiyanın indiyədək istehsal etdiyi Su-57-lərin ümumi sayı cəmi 15-16 ədəddir. Bu təyyarələrdən ən azı 10-u prototipdir. Planlara görə, 2024-cü ilin sonuna qədər Rusiya Hərbi Hava Qüvvələrinin əlində olan Su-57-lərin sayı 22-yə çatdırılacaq. Rusiya Hərbi Hava Qüvvələrinin sifariş etdiyi ümumilikdə 76 təyyarə 2028-ci ilə qədər təhvil veriləcək.

Bəs Çin Xalq Respublikası? Bir çox mənbələrə görə, Çin Hərbi Hava Qüvvələrinə 150-dən çox J-20 “Mighty Dragon” təyyarəsini uğurla çatdırıb və istehsalını davam etdirir. Digər tərəfdən, dünya mediasında Su-57 qədər diqqət cəlb etmir. J-20 haqqında dünyada Su-57 qədər danışılmırdı. Su-57 hər mənada daha populyardır. Bunun əsas səbəbləri bunlardır:

İnsanların beynində qalan Rusiya ilə soyuq müharibə dövrü
Çin “J” seriyalı təyyarələrlə müqayisədə “Su” seriyalı təyyarələrin daha çox məşhur olması
Rusiyanın “Sputnik”, RT kimi təbliğat platformalarından istifadə etməsi
Çinin media ilə foto/məlumat paylaşmaqda çox təmkinli olması və güc nümayişinə üstünlük verməməsi


Rusiya ilə Çin arasındakı fərq təkcə hava qüvvələri deyil, donanmada da ciddi şəkildə genişlənir. Məsələn, Rusiyanın yeganə aviadaşıyıcı gəmisi “Admiral Kuznetsov” 2019-cu ildən texniki xidmət və əsaslı təmirdən keçir. Son görüntülərdən belə anlaşılır ki, gəmiyə texniki qulluq daha bir neçə il çəkəcək. Çinin isə 2 aktiv aviadaşıyıcı gəmisi var və 3-cü aviadaşıyıcı demək olar ki, tamamlanıb. Üstəlik, bu yeni aviadaşıyıcı yalnız ABŞ və Fransada olan katapult tipli buraxılış texnologiyasına malikdir. Bu gəmidən dərhal sonra Çin 4-cü aviadaşıyıcı gəminin tikintisinə başlayacaq (bəlkə də artıq başlayıb). 4-cü aviadaşıyıcının ABŞ və Fransa aviadaşıyıcıları kimi nüvə enerjisi ilə işləyəcəyi iddia edilir.

Esmines/kreyser gəmisi sinifinə baxdığımızda Çin Donanmasının Rusiya Donanmasından qat-qat çox hissədən ibarət olduğu görülür. Bu sətirləri oxuyan zaman Çində eyni vaxtda daha 5 esminesin tikintisi davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HDQ   Rusiya  


Bizi "telegram"da izləyin