Rubrika| Maarifləndirmə| Minalarla bağlı ən yaxşı 10 FAKT

2023/01/1674714824.jpg
Oxunub: 5123     14:28     12 Fevral 2024    
Minalar bir şəxs və ya texnika ilə təmasda olan zaman işə salına bilən hər hansı bir partlayıcı maddə konteyneridir. Mina partlayış dalğası və ya qəlpə ilə bir insanı və ya vasitəni yararsız hala salmaq məqsədi ilə istifadə olunur.

Minalarla bağlı 10 fakt:

Minalar torpaq səthin altında 15 santimetr basdırılır və ya sadəcə yerin üstünə qoyulur. Basdırılmış minalar 50 ildən çox aktiv qala bilər.

Minalar iki kateqoriyaya bölünür: piyada əleyhinə minalar və tank əleyhinə minalar. Piyada əleyhinə mina insanı yaralamaq və ya öldürmək üçün, tank əleyhinə mina isə tankları və ya digər texnikaları sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Minalar ilk dəfə Birinci Dünya Müharibəsi zamanı yardılıb. Orijinal minalar tank əleyhinə minalar olsa da, düşmən qüvvələrinin tank əleyhinə minalardan təkrar istifadə etməsinin və ya çıxarılmasının qarşısını almaq üçün piyada əleyhinə minalar hazırlanıb.

Minaların təsadüfi yayılması 1960-cı illərdə başladı. ABŞ Laosda doqquz illik bombardman kampaniyası zamanı təyyarə ilə minlərlə mina atıb.

Dünyada təxminən 110 milyon piyada əleyhinə mina basdırılıb və bu gün dünyada daha 250 milyon mina anbarlarda saxlanılır. Hər il təxminən 5-10 milyon mina istehsal olunur.

Minalardan ən çox zərər çəkən ölkələr Əfqanıstan, Anqola, Kamboca, İraq, Çin, Misir və Laosdur. Azərbaycan, Bosniya, Xorvatiya, Gürcüstan, Mozambik, Myanma, Nikaraqua, Somali, Şri-Lanka və Sudanda da minalar ciddi problemdir.

Hər 15 dəqiqədə bir nəfər minaya düşür. Hər gün minaya düşən 70-ə yaxın insan həlak olur. İldə 26 000 insan mina qurbanı olur. Ümumilikdə bir milyondan çox insan mina nəticəsində həlak olub və ya şikəst olub.

Hazırda mövcud olan bütün minaların çıxarılmasının dəyəri 50-100 milyard dollar olacaq. “Minesweepers” kimi təşkilatlar bütün dünyada minaların təmizlənməsinə həsr olunublar. Ümumilikdə minatəmizləmə əməliyyatları 2,2 milyondan çox piyada əleyhinə minanın və 250,000 tank əleyhinə minanın məhv edilməsi ilə nəticələnib.

Minalar Yer kürəsinin ən yoxsul insanlarından bəzilərini əkin sahələrinə, bazarlara, məktəblərə, işə getməsindən və sudan məhrum edir. Minaların mövcudluğu həmçinin yenidənqurma, yeni inkişaf və yardımın çatdırılmasına mane ola bilər.

Minalar inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinə yük yaradır. Minadan zərər çəkən insanların daha çox antibiotikə ehtiyacı var və digər xəstələrə nisbətən xəstəxanada daha uzun müddət qalmalıdırlar.

Minaları aşkar etmək çətin ola bilər və onlar çox vaxt müharibə nəticəsində məhv olmuş ərazilərdə yayılıb. Bu, onların mövcudluğunu xüsusilə yoxsullar və qaçqınlar üçün təhlükəli edir. Minalarla bağlı bu faktlar üzücü olsa da, “Minesweepers” kimi təşkilatların böyük işi ətraf mühitin daha az təhlükəli olmasına və qlobal yoxsulların həyatını daha təhlükəsiz etməyə kömək edir.

Dəyanət Ağalarlı 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Minatəmizləmə  


Bizi "telegram"da izləyin