Hindistanın PUA Proqramı hansı vəziyyətdədir? – ARAŞDIRMA

2023/01/1673849222.jpg
Oxunub: 412     16:20     16 Yanvar 2023    
Uzaqdan idarə olunan hava vasitələri İkinci Dünya müharibəsində isifadə olunub. Radio ilə idarə olunan B-24-lər bombardman missiyaları üçün istifadə edilirdi. İndi Əfqanıstanda, İraqda, Səudiyyənin neft emalı zavodlarına PUA hücumları ilə proses daha fərqli vəziyyətə gəlib. PUA-lar qlobal müharibənin gələcəyi kimi görünür.

Hindistanın müdafiə qüvvələri “Searcher Mk-2”, “Heron” və “Sea Guardian” da daxil olmaqla bir neçə növdən ibarət PUA parkına sahibdir. Ölkənin baş naziri Narendra Modinin ABŞ-a son səfəri zamanı 30 ədəd MQ-9 “Reaper” PUA-sı üçün 3 milyard ABŞ dolları dəyərində müqavilə elan edilib. Hindistan silahlı qüvvələrinin hər biri 27 saat ərzində havada qalma və 50.000 fut yüksəklikdə fəaliyyət göstərmək kimi xüsusi xüsusiyyətlərə malik bu PUA-lardan 10-nu alacaq. Onlar həmçinin lazerlə idarə olunan bombalar və “Hellfire” raketləri ilə silahlanacaqlar.

Hindistan Hərbi Dəniz Qüvvələri

Hindistan Hərbi Dəniz Qüvvələri 2020-ci ilin noyabr ayında ABŞ-dan icarəyə götürülmüş iki MQ-9 “Sea Guardian” PUA-sını (“Predator” PUA-larının bir növüdür) istismar edir. Bu PUA-lar ən azı 30 saat havada qala və həm dənizdə, həm də quruda hədəfləri ovlaya bilir. Şərqi Ladax kimi yüksək hündürlükdə sərhəd bölgələrində də istifadə edilə bilər. Hindistan Hərbi Dəniz Qüvvələrinin məsuliyyət zonası Madaqaskardan boğazına və ondan kənara qədər uzanır. Yerli ekspertlər deyir ki, MQ-9 REAPER PUA-ları ilə Hindistan Hərbi Dəniz Qüvvələri öz dəqiq zərbələri ilə tanınan Çinin “Wing Loong-II” PUA-larına qarşı durmaq iqtidarında olacaq.

Hindistan Hərbi Dəniz Qüvvələri, həmçinin İsrail istehsalı olan “Searcher Mk-II” və “Heron” PUA-larının üç eskadrilyasından ibarət mövcud parkını təkmilləşdirmək üçün Müdafiə Nazirliyində məsələ qaldırıb və buna razılıq verilib.

Hindistan HHQ-nin “Cheetah” layihəsi

800 milyon ABŞ dolları dəyərində olan bu layihə “Cheetah” adı ilə tanınır və keçən il Hind-Çin sərhədində qarşıdurma başlayan zaman sürətləndirilib. Layihə çərçivəsində hər üç xidmət qolunun Orta Hündürlükdə uzun müddət havada qala bilən (MALE) İsrail istehsalı “Heron”ların uzun məsafəli müşahidə, ixtisaslaşdırılmış missiyalar və dəqiq zərbələr həyata keçirə bilməsi üçün təkmilləşdirilməsi nəzərdə tutulur. Bu müqavilə yekunlaşıb və tezliklə elan olunacaq.

Hindistan HHQ-nin zabiti Sureş deyir: “HALE, MALE PUA və əlavə AWACS ilə bağlı iş uzun illərdir ki, davam edir. Bu, çin antiklərinə reaksiya deyil. PUA-lar mübahisəsiz hava məkanlarında və HHM imkanları zəif olan qarşı effektivdir. Heç bir hava vasitəsi beynəlxalq sərhədi keçə bilməz. Bu, müharibə aktı sayılacaq”.

“Cheetah” Layihəsi çərçivəsində, təxminən 200-ə yaxın “Heron”lar təkmilləşdiriləcək və kiçik piyada əleyhinə və zireh əleyhinə dəqiq hava-yer raketləri, xüsusi sensorlar və peyk naviqasiya sistemi ilə təchiz ediləcək. Bu, “Heron”lara raketləri daşımaq və atmaq imkanı verəcək. “Cheetah” layihəsi ilk dəfə HHQ tərəfindən 2013-cü ildə xidmətdə olan “Heron”ları təkmilləşdirmək məqsədi ilə təklif edilib. Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları daha sonra optimallaşdırma üçün işə başladı. Hindistan Silahlı Qüvvələrində istifadə edilən digər PUA olan “Searcher Mk-II” kiçik ölçüsünə görə silahla təchiz edilə bilməz.

Layihə Mərhələləri

“Cheetah” layihəsi mahiyyətcə iki ayrı proqrama, yəni “Israel Aerospace Industries” tərəfindən dəstəklənən “Heron” PUA-larının silahlanması və təkmilləşdirilməsinə bölünür. Xərclər üzrə danışıqlar yekunlaşıb və yekun müqavilənin tezliklə imzalanacağı gözlənilir. Hindistanın müdafiə naziri bununla bağlı İsrailə qısamüddətli səfər edib.

Hindistan HHQ, həmçinin İsraildən alınmış iki növ kamikadze tipli PUA idarə edir. Bunlara “Harpy” və “Harop” PUA-ları daxildir. Birincisi yerüstü vasitədən buraxıla bilər, “atdım-unutdum” prinsipi ilə işləyən sistemidir və istənilən hava şəraitində, gecə-gündüz işləyir. O, həmçinin düşmən radarlarını məhv etmək və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün istifadə edilən avtonom silah sistemini ehtiva edir, “Harop” isə isə hərəkət edən vasitələr də daxil olmaqla, bir sıra hədəfləri məhv edə bilən “gəzən sursat”dır.

Hindistan Quru Qoşunları

Bu arada, Hindistan Quru Qoşunları 200 milyon ABŞ dolları dəyərində müqavilə əsasında İsraildən 4 “Heron TP” PUA icarəyə götürüb, onun təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub, çünki “Cheetah” Layihəsi vaxt aparacaq. İcarə 3 illikdir və ilk 2 PUA artıq təhvil verilib.

“Heron TP”lər müşahidə məqsədləri üçün Ladaxdakı 3400 km-lik Faktiki Nəzarət Xəttində yerləşdiriləcək. “Heron TP”lər silahlandırılmayıb. 14 m uzunluğunda olan, qanadlarının açılımı 26 m olan “Heron TP” ən azı 45 saat havada qala bilir və geniş məsafə üçün Peyk Rabitə sistemləri, Avtomatik Taksi-Uçuş və Eniş, ultra uzun mənzilli müşahidə kameraları və digər ən müasir avadanlıqlarla təchiz edilib.

Yerli Sənaye

“Make in India” təşəbbüsü çərçivəsində yerli sənayeyə təkan vermək üçün Hindistan Silahlı Qüvvələri tərəfindən yerli startaplar nəzərdən keçirilir. Hindistan Ordusunun general-leytenantı Vinod Bhatia bildirib ki, PUA-lar gələcək müharibələrin və sərhəd müdafiəsinin mühüm və ayrılmaz hissəsidir: “Biz yerli imkanları inkişaf etdiririk, PUA sahəsində təcili olaraq kritik texnologiyaya ehtiyacımız var”.

Sürətli satınalmalara əsasən, HHQmobil anti-dron sistemi üçün sifariş verib, Hərbi Dəniz Qüvvələri də döyüş gəmiləri üçün oxşar sistem alacaq. Çatdırılmalar bir il ərzində gözlənilir.

Startap imkanları

“Raphe mPhibr” şirkətinin PUA-ları müxtəlif faydalı yükləri daşıya bilər. Bundan əlavə, Heydərabadda yerləşən “Zen Tech” şirkəti HHQ-yə mobil anti-dron sistemi üçün sifarişlərə malikdir. Sürü PUA-ları artıq Böyük Britaniya, Rusiya, ABŞ və Çində istifadə olunur. Bunlar əlaqələndirilmiş hərbi missiyaları yerinə yetirməklə məşğul olan çoxsaylı PUA-lardır.

Navi Mumbai mərkəzli “ideaForge Technology” firması, öz “Switch” PUA-sını öz növünün ilk şaquli uçuş və eniş PUA-sı və sabit qanadlı hibrid PUA kimi təqdim edir. 30 qabaqcıl “Switch” taktiki PUA-larının ilk partiyasını Hindistan Ordusuna təhvil verib. 20 milyon ABŞ dolları dəyərində sifariş 2021-ci ilin yanvarında verilib. Bu PUA-lar LAC-də yerləşdiriləcək. “Switch”in çəkisi 6,5 kq-dır və həm şaquli qalxma, həm də adi uçuş qabiliyyətinə malikdir. O, 4000 m yüksəklikdən 15 km-ə qədər kəşfiyyat, müşahidə və nəzarət apara bilir, küləyə saatda 10,8 knot-a qədər müqavimət göstərir.

Bir çox özəl Hindistan firmaları da iş görür, lakin aşağıdakı sahələrdə yardıma ehtiyacları var:

Kvadrokopterlər

Terrorla mübarizə mühitində taktiki nəzarət üçün Hindistan Ordusunun piyada bölmələri yerli istehsal olunan geniş çeşiddə kvadrokopterlərdən istifadə edir. Əsasən Hindistan-Pakistan sərhədində yerləşdirilən bu kvadrokopterlərin qiyməti bir neçə min dollardan çox deyil.

AWACS

HHQ daha iki analoji sistem üçün müqavilə ilə 2009-cu ildən bəri 400 km məsafə qət edə bilən Rusiyanın İL-76 ağır yükdaşıyan təyyarələrində quraşdırılmış üç İsrail istehsalı “Phalcon” AWACS-dan istifadə edir. 800 milyon ABŞ dolları dəyərində olan bu müqavilə yekunlaşmaq üzrədir.

Bu ilin sentyabr ayında Hindistan hökumətə məxsus müdafiə tədqiqat agentliyinə - Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına (DRDO) IAF üçün altı yeni Havadan Erkən Xəbərdarlıq və Nəzarət (AEW&C) təyyarəsinin hazırlanması üçün 1,5 milyard ABŞ dolları dəyərində layihəyə icazə verdi. Bu təyyarələr A321 və A-319 təyyarələridir. Onlar DRDO tərəfindən hazırlanmış yerli “Active Electronically Scanned Array” (AESA) radarı ilə təchiz ediləcək.

“Göydəki gözlər” kimi daha yaxşı tanınan AEW&C bütün daxil olan PUA-ları, qırıcıları və qanadlı raketləri yerüstü radarlardan daha tez aşkar edib izləyə bilir. Bu sistem həm də dənizdə missiyalar və gəmiləri izləmək üçün havadan idarəetmə mərkəzi kimi fəaliyyət göstərməyə qadirdir. Hindistan HHQ 3 İsrail “Phalcon”dan başqa, “Embraer” təyyarəsinə quraşdırılmış iki yerli “Netra” AEW&C sistemini də idarə edir. AWACS və AEW&C təyyarələri xüsusi missiyalar üçün, həmçinin boşluqların mövcud olduğu xüsusi ərazilərdə hava nəzarəti və erkən xəbərdarlıq təmin etmək üçün nəzərdə tutulub.

Antidron sistemləri

Bu ilin iyul ayında Hindistanda HHQ bazasına PUA hücumundan sonra ölkənin üç silahlı xidməti DRDO-dan yerli anti-dron texnologiyasının alınması üçün imza atdı. Hökumətə məxsus “Bharat Electronics Limited” həm “sərt öldürmə”, həm də “yumşaq öldürmə” qabiliyyətinə malik D4 adlı ilk yerli hərtərəfli PUA əleyhinə sistemi statik və mobil versiyalarda təmin etməyə hazırlaşır. D4-ün, mikro PUA-ları aşkarlamaq və qarışdırmaqdan əlavə, hədəfləri asanlıqla zərərsizləşdirdiyi iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Hərbi-PUA  


Bizi "telegram"da izləyin