Rusiya Liviyada yenidən səfirlik açmağı planlaşdırır

2022/12/russi-1670322238.jpg
Oxunub: 230     13:35     06 Dekabr 2022    
Rusiya ilin sonuna qədər Liviyada yenidən səfirlik açmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O bildirib ki, işlər, demək olar, yekunlaşıb və vaxt daralır.

"Biz səfirliyin mümkün qədər tez işləməsində maraqlıyıq. Namizədimiz təyin olunub. Hazırda Liviya hökumətindən rəsmi razılıq gözləyirik. Diplomatlarımızı oraya göndərmək və Tripolidəki səfirliyimizin işini bərpa etmək üçün işlər yekun mərhələdədir”, - deyə M.Boqdanov əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Liviyadakı səfirliyi təxminən 60 nəfərdən ibarət silahlı qrupun hücumuna məruz qalmışdı. Hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəymişdi. Mühafizə xidmətinin açdığı atəş nəticəsində hücum edənlərdən 2 nəfəri öldürülmüş, 5 nəfər isə yaralanmışdı. Hadisədən sonra Rusiya bütün diplomatlarını ölkədən çıxarmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Liviya  


Bizi "telegram"da izləyin