Səfirliyin məlumatına görə, Riker Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşlərdə regional məsələlər və Vaşinqtonun həll olunmamış məsələlərin konstruktiv həlli üçün Ermənistan və Azərbaycanın birbaşa iştirakına dəstəyini müzakirə edib.
“Səfir Riker ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq olduğunu vurğulayıb”, - açıqlamada deyilir.
Ermənistanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun sədri Stepan Səfəryan iddia edib ki, Azərbaycan açıq şəkildə hərbi eskalasiyaya hazırlaşır.
Səfəryan bildirib ki, Qərbin hansı öhdəlikdən danışdığı aydın deyil.
Alpər Mövludoğlu
Ordu.az