İstisu sakini: “İnsanlar arasında qorxu var, vəziyyət 13 sentyabrdan əvvəlki kimi deyil”

2022/12/dfgdf-1670318757.jpg
Oxunub: 619     15:32     06 Dekabr 2022    
İstisu (Cermuk) sakinləri sentyabr döyüşlərindən sonra şəhərin müxtəlif yerlərindən Azərbaycan Ordusunun mövqelərinin aydın göründüyünü, şəhərin Azərbaycan Ordusunun tam müşahidəsi altında olduğunu bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

İstisu Ağsaqqallar Şurasının “Yaşanılası ölkə” fraksiyasının rəhbəri Suzanna Avetisyan nəşrə açıqlamasında deyib ki, Azərbaycan Ordusunun mövqeləri şəhərin mərkəzindən görünür.

Avetisyan qeyd edib ki, neçə mövqe olduğunu, dəqiq harada yerləşdiyini deyə bilməz.

O bildirib ki, yeni il yaxınlaşır, bir sıra otellərdə rezervasiya üçün pulsuz yer qalmayıb.

Əhalinin əhval-ruhiyyəsinə gəlincə, Avetisyan bildirib: “İnsanlar arasında qorxu var, vəziyyət 13 sentyabrdan əvvəlki kimi deyil. İnsanlar azərbaycanlıların getməsini gözləyirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstisu   Qorxu  


Bizi "telegram"da izləyin