Kreml: Putin Makronla danışmağı hələ ki planlaşdırmır

2020/10/unnam-1603209496.jpg
Oxunub: 276     12:32     06 Dekabr 2022    
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı hələ planlaşdırılmayıb.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Makronun Rusiya lideri ilə dialoqu davam etdirmək istəyi barədə çox şey deməsinə baxmayaraq, bu istiqamətdə konkret addımlar atılmır.

"Hələ planlaşdırılmayıb. O, bu barədə çox danışır, Putinlə əlaqə və dialoq saxlamaq istəyir, lakin hələlik bu kontekstdə konkret addımlar atılmayıb", - deyə Kreml rəsmisi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Makron  


Bizi "telegram"da izləyin