Erməni politoloq: “Ruslar Laçın dəhlizini satsalar, şampan tıxacı kimi Ermənistandan çölə atılmalıdırlar”

2022/04/Untit-1650711364.jpg
Oxunub: 400     09:28     07 Dekabr 2022    
“Ermənistan Bakının fəaliyyətlərinə boyun əyməməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri, erməni politoloq Hovsep Xurşudyan deyib.

Onun sözlərinə görə, Laçın dəhlizi hər kəs üçün “qırmızı xətt”dir.

“Laçın dəhlizində hər hansı nəzarət-buraxılış məntəqəsi yerləşdirilsə, ermənilər Azərbaycanın silahlı keçid məntəqəsindən keçə bilməyəcək. Ruslar Laçın dəhlizini satsalar, şampan tıxacı kimi Ermənistandan çölə atılmalıdırlar”, - deyə Xurşudyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Rusiya  


Bizi "telegram"da izləyin