Ordu.az xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokratik Partiyasının üzvü Hayk Sukiasyan deyib.
Onun sözlərinə görə, son günlər Qarabağda baş verənlər Rusiya-Azərbaycan razılaşmasının nəticəsidir.
“Ermənistan yollar axtarır, lakin Rusiya-Azərbaycan tandemi əməliyyata əl atacaq. Ermənistan dişini göstərib, bu, Rusiyanı reaksiyaya və türklərin qucağına itələyəcək”, - deyə Sukiasyan qeyd edib.
Erməni siyasi xadim vurğulayıb ki, Zoribalayanlar Qarabağda törətdikləri cinayətlərə görə cavab verməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az