Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyan deyib.
Onun sözlərinə görə, Bakı Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə çalışır.
“Putinin hərbi macərasının iflasa uğraması ilə bağlı Rusiyanın ekzistensial əzabları fonunda Azərbaycan öz problemlərini həll etməyə, yəni Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə və Rusiyanın işğalçı qoşunlarını Qarabağdan çıxarmağa çalışır”, - deyə Ohancanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az