Ordu.az xəbər verir ki, bu barədə Moskvada KTMT Parlament Assambleyasının sessiyasında baş katib Stanislav Zas bildirib.
Zas xatırladıb ki, Ermənistanda baş katib və KTMT-nin əməliyyat qərargahının rəhbəri başda olmaqla dövlət başçılarının göstərişi ilə müşahidə missiyası hazırlanıb.
O qeyd edib ki, bu işin nəticələrinə əsasən, Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi hazırlanıb və şuranın noyabrın 23-də keçirilən sessiyasında müzakirə olunub.
“KTMT dövlətlərinin müxtəlif mövqeləri üzündən bu layihə qəbul oluna bilmədi. Ümid edirəm ki, müəyyən yenidən nəzərdən keçirmədən sonra biz bu qərar layihəsinin imzalanmasına və bu tədbirlərin qəbuluna nail olacağıq. Əminəm ki, bu lazımdır, o cümlədən Ermənistana lazımdır”, - deyə Zas əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az