Ordu.az xəbər verir ki, Poğosyan dekabrın 7-dən 9-dək Moskvada olacaq.
Onunla Rusiya Federasiyasına Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Bazarın İnkişafı İdarəsinin bazar araşdırmaları şöbəsinin müdiri Ararat Sahakyan da göndəriləcək.
Ermənistan nümayəndələri rusiyalı tərəfdaşları ilə ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə edəcəklər. Ermənistan yüksək texnologiyalar sənayesi nazirinin müavininə tapşırılıb ki, missiya başa çatdıqdan sonra üç gün müddətində Ermənistan Baş nazirinin və Ermənistan Xarici İşlər Nazirliyinin aparatına missiyanın nəticələri haqqında hesabatın təqdim edilməsini təmin etsin.
Alpər Mövludoğlu
Ordu.az