Noyabr ayında Ermənistanda inflyasiya 8,8 faiz təşkil edib

2020/08/15846-1598078990.jpg
Oxunub: 229     22:26     07 Dekabr 2022    
Noyabr ayına olan vəziyyətə əsasən, Ermənistanın istehlak bazarında 12 aylıq inflyasiya 8,8% təşkil edib.

Bu barədə Ordu.az Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında ərzaq və alkoqolsuz içkilər üzrə inflyasiya 13,2% təşkil edib (keçən ilin eyni dövrü ilə müqayisədə).

Təkcə noyabr ayında əvvəlki illə müqayisədə ərzaq və alkoqolsuz içkilər üzrə inflyasiya 11,1% təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnflyasiya  


Bizi "telegram"da izləyin