“Sülh sazişinin imzalanmasına dair heç bir əlamət yoxdur” - Tarasov

2021/10/maxre-1634118302.jpg
Oxunub: 365     18:05     06 Dekabr 2022    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib. Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşüb.

Rus politoloq Stanislav Tarasovun sözlərinə görə, qeyd etmək lazımdır ki, görüş ABŞ-ın regional münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Rikerin səfərindən sonra keçirilir.

“Belə təəssürat yaranır ki, o, münaqişənin həlli ilə bağlı plan və layihəsini gətirib və indi Rusiya tərəfi Azərbaycan tərəfi ilə müvafiq məsələləri müzakirə etməlidir. Mirzoyan-Lavrov görüşünün də baş tutacağını istisna etmirəm. Qərar vermək lazımdır. İlham Əliyev Makrona görə Paşinyanla görüşdən imtina etdikdən sonra Rusiya platforması daha sərfəli oldu. Amerikalılar yeni danışıqlar platforması yaratmağa çalışırlar, lakin nəzərə almaq lazımdır ki, əsl işləyən platforma Rusiya platformasıdır, onun əsasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparılır, detallar müzakirə olunur”, - deyə Tarasov qeyd edib.

Politoloq vurğulayıb ki, Rusiya Baş nazirinin müavini tərəflərlə sərhədin demarkasiyası məsələsi ilə bağlı danışıqlar aparır və indi hər şey münaqişə tərəflərinin özünü necə ifadə edəcəyindən asılıdır.

“Niyə? Çünki Qərb ssenarisi elədir ki, Paşinyanla İlham Əliyev təkbətək, vasitəçisiz razılığa gəlirlər. Bu, onların mövqeyidir, lakin mən hesab edirəm ki, münaqişə tərəflərinin öz aralarında tam razılıq əldə etməsi mümkün deyil. İkincisi, bütöv problemlər paketi var, azərbaycanlılar hər şeyi Ermənistan-Türkiyə danışıqları ilə əlaqələndirirlər, amma məncə, Azərbaycan diplomatiyası burada səhvə yol verir. Ərdoğana problemlərini ayrıca həll etmək lazımdır. Biz indi tipik bir iş prosesinin şahidi oluruq, sülh müqaviləsini kimin imzalayacağı bəlli deyil. Hələlik dəqiq deyə bilmərik, çünki danışıqlar qapalı xarakter daşıyır, Vaşinqtonun planından danışıblar, amma erməni tərəfi təsdiqləyib ki, belə bir şey yoxdur. Sonra dedilər ki, Rusiyadan təkliflər var. Moskva detalları açıqlamadan təkliflər göndərdiyini təsdiqləyib. Ermənistan tərəfi Rusiyanın Qarabağ məsələsini sonraya buraxmağı təklif etdiyini açıqlayıb. Hər şey mətbu nəşrlər əsasında deyilir, dəqiq məlumat yoxdur”, - deyə Tarasov vurğulayıb.

Politoloq onu da xatırladıb ki, İrəvan və Bakı ilin sonuna kimi sülh sazişi imzalamağa hazır olduqlarını bəyan ediblər, indi dekabrdır, amma bunun baş verəcəyinə dair heç bir əlamət yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Moskva   Görüş  


Bizi "telegram"da izləyin