Erməni kartoqraf: “Rusiya heç nə etmir, Azərbaycanı daha çox müdafiə edir”

2022/12/sd45s-1670313618.jpg
Oxunub: 347     11:19     09 Dekabr 2022    
“Qısa müddətdə demarkasiya və delimitasiya aparmaq mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf və coğrafiyaşünas Ruben Qaliçyan deyib.

Onun sözlərinə görə, əgər Ermənistan bugünkü şərtlərlə demarkasiyaya başlasa, o zaman Azərbaycanın tutduğu (azad etdiyi – red.) ərazilərin öz ərazisi olduğu qəbul edilmiş olur.

“Biz bunu qəbul edə bilmərik. Lakin Azərbaycan 1991-ci il sərhədlərinə qayıtmayana qədər biz sülh yolunda heç bir addım ata bilmərik. Özləri də bunu edə bilməzlər. Bu, istənilən sülh və ya demarkasiya haqqında danışmağa başlamaq üçün ilkin şərtdir. Rusiya heç nə etmir, bunu hamımız bilirik. Rusiya Azərbaycanı daha çox müdafiə edir”, - deyə Qaliçyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin