Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan deyib.
Mehrabyanın sözlərinə görə, onların görüşləri qapalıdır, lakin ümumi təəssürat var ki, Ermənistanın nə istədiyi ilə bağlı problem mövcuddur.
Erməni siyasi xadim vurğulayıb ki, Ermənistan ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı qarşısına vəzifə qoymalıdır.
“İrəvan ABŞ-a harada olduğunu və nə istədiyini aydın şəkildə izah etməlidir”, - deyə Mehrabyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az