Ordu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, indi də postmünaqişə dövründə də biz dondurulma siyasətini həyata keçirilməsinə cəhdləri görürük: “İndiyə kimi Ermənistan və Azərbaycan arasında hansı razılıqlar əldə edilibsə, onların yerinə yetirilməsinin dondurulması prosesi getməkdədir. İki tərəf bu razılaşmaları həyata keçirsəydi, bəlkə də bu proses çoxdan həllini tapmışdı. Hazırda 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük. Diplomatiya tarixi onu göstərir ki, bu tip münaqişələrin həlli üçün ortada sülh müqaviləsinin layihəsi olmalıdır”.
Ordu.az