“AzerSky 2” peykinin dəyəri 10 mln. dollardan az olacaq

2022/06/1656416407.jpg
Oxunub: 231     10:11     06 Dekabr 2022    
Növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin dəyəri 10 milyon dollardan az olacaq.

Bu barədə "Ordu.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.

"Peykin dəyəri onun çəkisindən asılı olaraq dəyişir. İlon Maskın rəhbərlik etdiyi ABŞ-ın "Space X" şirkəti bazara daxil olduqdan sonra bu sahədə qiymətlər enib. “AzerSky 2” hələlik hazır olmadığı və tender keçirilmədiyi üçün dəqiq rəqəm söyləmək çətindir. Amma peykin dəyərinin bir neçə milyon dollar olacağı gözlənilir" - deyə Agentlikdən deyilib.

Qeyd edək ki, “AzerSky 2" peykinin 2025-ci ildə orbitə buraxılması planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   AzerSky  


Bizi "telegram"da izləyin