Şolts: “Almaniya Avropanın təhlükəsizliyinin əsas qarantı olmalıdır”

2022/04/625ef-1650398122.jpg
Oxunub: 251     07:09     06 Dekabr 2022    
“Almaniya Avropanın təhlükəsizliyinin əsas qarantı olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ-ın nüfuzlu “Foreign Affairs” nəşrində dərc olunan məqaləsində qeyd edib.

O, Almaniya federal hökuməti üçün yeni strateji konsepsiya təqdim edib: “Almaniyanın yeni rolu yeni strateji mədəniyyət tələb edir və bu, yaxın aylarda qəbul edəcəyimiz milli təhlükəsizlik strategiyasında nəzərə alınacaq”.

O.Şolts vurğulayıb ki, Almaniya bu məqsədlə Bundesverə sərmayə qoymalı, Avropanın hərbi sənayesini gücləndirməli, NATO-nun şərq cinahında hərbi mövcudluğunu artırmalı, Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli və bu ölkənin ordusunu silah-sursatla təmin etməlidir.

O hesab edir ki, milli təhlükəsizlik strategiyası Almaniyanı Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə nəticəsində Avropada yaranmış yeni təhlükəli vəziyyətə hazırlamalıdır.

Qeyd edək ki, Almaniyanın yeni milli təhlükəsizlik strategiyası 2023-cü ilin fevralında Münhen Təhlükəsizlik Konfransında təqdim olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Avropa  


Bizi "telegram"da izləyin