Terrorçuluğun maliyyələşdirilməsi risklərini minimallaşdırmayan dini qurumlar və QHT-lər cərimələnəcək

2022/12/1670250947.jpg
Oxunub: 220     18:22     05 Dekabr 2022    
Dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğu maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə yeni cərimələr müəyyənləşir.

Ordu.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar və Cinayət Məcəllələrinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmamasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MM   Terror  


Bizi "telegram"da izləyin