Əhməd Obalı: "Cənublular olaraq Prezident İlham Əliyevin arxasındayıq"

2022/12/20201-1670239078.jpg
Oxunub: 301     16:24     05 Dekabr 2022    
“Heç bir lider Prezident İlham Əliyev qədər şücaətli, dəqiq deyil. O, açıq şəkildə İranın cənubi azərbaycanlılara qarşı zülmünü dilə gətirib”.

Ordu.az xəbər verir ki, bunu “İran yeni baxış bucağında” adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”nin rəhbəri Əhməd Obalı deyib.

Əhməd Obalı Azərbaycanın çətin regionda yerləşdiyini bildirib: “Prezident İlham Əliyevin İrana bircə siyasi savaş elan etmədiyi qalıb. Nə qədər ki, biz zülm altındayıq, İran bizim ərazimizdən istifadə edəcək, Ermənistana dəstəyi çox olacaq, həm də biz Azərbaycan üçün ağrılı bir məsələ olacağıq”.

Əhməd Obalı Prezident İlham Əliyevin İranın məsələlərinə müdaxilə etmədiyini, insan haqlarından, ana dilində təhsildən və təhlükəsizlikdən danışdığını vurğulayıb: “BMT Nizamnaməsi hər bir xalqın öz müqəddəratını təyin etmə haqqını tanıyır. Bu şərait bəlkə də bir daha ələ düşməyəcək - Rusiyanın vəziyyəti, Azərbaycan-Türkiyə, Türkiyə-İsrail və İsrail-Səudiyyə Ərəbistanı arasında ciddi yaxınlaşmalar, İranın təklənməsi və ölkə daxilində də çalxalanmalar var”.

Əhməd Obalı İranın çabaladığını deyib. O, Cənubi Azərbaycanda yaşayanların Prezident İlham Əliyevin arxasında olduğunu diqqətə çatdırıb: “Biz demirik ki, Azərbaycan bizim azadlığımız üçün özünü təhlükəyə salsın. Etiraf edim ki, Prezident İlham Əliyevin birinci çıxışından sonra çox narahat olduq. Şimali Azərbaycan üçün biz yüz illər də sakit qalarıq, onun təhlükəsizliyi bizim üçün vacibdir. Biz öz gələcəyimiz üçün Azərbaycanı təhlükəyə salmarıq. Cənublular olaraq biz Prezident İlham Əliyevin arxasındayıq. Şimali Azərbaycanın güclənməsi bizi ruhlandırır. Biz Prezidenti dəstəkləyir, alqışlayırıq”,

Əhməd Obalı Prezident İlham Əliyevin son çıxışının fikirlərdə inqilab etdiyini, ümidlər yaratdığını əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin