Türkiyənin müdafiə naziri Azərbaycana gəlib

2022/12/1670248202.jpg
Oxunub: 837     17:11     05 Dekabr 2022    
Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Ordu.az xəbər verir ki, qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə  


Bizi "telegram"da izləyin