Niyə Afrika ölkələri Türkiyənin silahlarını almaq üçün növbəyə durur? – ANALİZ

2022/12/1670338325.jpg
Oxunub: 584     12:34     08 Dekabr 2022    
Türkiyə son bir neçə ildə zərbə PUA-ları, hücum helikopterləri və turbovintli təyyarələr də daxil olmaqla, yerli istehsal etdiyi hərbi texnikanı əldə etməkdə maraqlı olan bir sıra Afrika ölkələrinə rekord sayda silah satışı həyata keçirib.

Əlcəzair TUSAŞ şirkəti tərəfindən istehsal olunan 10 ədəd “Anka-S” PUA-ları almaq istəyir. Əlcəzairin qonşusu və rəqibi Mərakeş artıq bir il əvvəl Türkiyənin “Baykar” şirkətindən 13 ədəd “Bayraktar TB2” sifariş edib.

2021-ci ildə Niger TUSAŞ şirkətinin “Hürkuş” turboprop təlim/yüngül hücum təyyarəsini sifariş edən ilk xarici müştəri oldu. Çad və bildirildiyinə görə, Liviya da bu təyyarədən sifariş edib. TUSAŞ Afrikadan daha çox müştəri gözləyir.

2021-ci ilin noyabrında Nigeriya öz donanması üçün Türkiyə istehsalı olan iki “Dearsan” dəniz patrul gəmisi sifariş etdi. Eyni zamanda 6 ədəd T129 “Atak” helikopteri sifariş edib. Efiopiya da 2021-ci ildə nə vaxtsa TB2 alıb və onlardan Tiqray müharibəsi zamanı istifadə edib. Ən azı 10 Afrika ölkəsi Türkiyə istehsalı olan zirehli hərbi maşınlar sifariş edib.

Türkiyənin müdafiə sənayesi hazırda Türk diplomatlarının Türkiyəni Afrikada əsas ixracatçıya çevirmək üçün göstərdikləri uzun illərin əzmkar səylərindən bəhrələnir. Türkiyə müdafiə sənayesi silah sistemlərini tez, səmərəli və toplu istehsal etmək qabiliyyətinə malikdir. Son 5 il ərzində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri ixracatlarını artırmaq, əhatə dairəsini genişləndirmək, xarici bazarlarını şaxələndirmək və yeni alıcılar tapmaq üçün çalışırlar.

Türkiyə və Rusiya sistemlərinin Liviya, Suriya və Qarabağda döyüş meydanında sınaqdan keçirilməsi Türkiyənin silah sənayesinin inkişafında nəzərəçarpacaq fərq yaradıb. Yerli qeyri-dövlət aktorları ilə mübarizə aparan bir sıra Afrika ölkələri üçün türk texnikasını cəlbedici edən başqa bir kritik amil Türkiyənin silah satışının xüsusi şərtlərlə təqdim edilməməsidir.

Türk sistemlərinin, xüsusən də PUA-larının son illər aktiv münaqişə zonalarında öz imkanlarını və effektivliyini dəfələrlə nümayiş etdirməsi bu ölkələrin onlara can atmasının başqa bir səbəbidir.

Bu günə qədər Türkiyənin Afrikadakı müştəriləri türk PUA-ları istəyirlər, çünki Türkiyənin PUA-ları möhkəmdir, idarə edilməsi və saxlanması asandır və həm dövlət, həm də qeyri-dövlət subyektlərinə qarşı döyüşlərdə istifadə olunub.

Afrikada türk hərbi texnikasına bu qəfil tələbatın arxasında qeyd olunan “amillərin birləşməsi” var. Daha ucuz qiymət, yüksək effektivlik, eləcə də real dünya müharibə teatrlarında sınaqdan keçirilməsi kimi amillər Afrikada satışların artmasına səbəb olub. Ancaq burada başqa bir səbəb də var.

Müstəmləkəçilik tarixinin olmaması da Afrika ölkələrini Türkiyə ilə “qazan-qazan” prinsipi əsasında əlaqə saxlamağa təşviq edir.

Bu silahların çoxu son vaxtlar aktiv olan münaqişə zonalarına və ya potensial qarşıdurma nöqtələrinə satılır və bu, onların təhlükəsizlik və sabitliyə necə təsir edəcəyi ilə bağlı suallar yaradır.

Məsələn, Türkiyə indi onilliklər davam edən Qərbi Sahara münaqişəsində əks tərəfdə olan qonşu dövlətlər olan Əlcəzair və Mərakeşi silahlandırır.

Türkiyənin Liviyanın daxili münaqişəsinə hərbi müdaxiləsi BMT tərəfindən tanınan Tripoli hökumətinə paytaxtı vəhşicəsinə mühasirəyə alan General Xəlifə Haftarın Liviya Milli Ordusunu Liviyanın qərbində qəti şəkildə darmadağın etməyə imkan verdi. Bu gün Türkiyə silahları ixrac olunduğu ərazilərin təhlükəsizliyini və sabitliyini pozmaq əvəzinə, töhfə verir.

Bir neçə regional teatrda Türkiyənin müdafiə sistemlərinin istifadəsinə şahidlik edən faktlar dalana dirənmiş mübarizənin həllinə köməklik göstərib, bəzi münaqişələrin sıçrayışının qarşısını alıb, bəzi ölkələrdə vəziyyəti sabitləşdirib və bəzilərinin genişlənən rolunu əngəlləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   Türkiyə  


Bizi "telegram"da izləyin