PUA müharibələri və onların təsiri: İlkin qiymətləndirmə

2023/01/1674714038.jpg
Oxunub: 388     14:23     31 Yanvar 2023    
Azərbaycan 2020-ci il Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə qarşı Türkiyənin “Bayraktar TB2” zərbə PUA-larından istifadə edib. Türkiyə həmçinin TB2-ni Ukraynaya tədarük edib və Kiyev bu raketlərdən Rusiya ordusu birləşmələrinə zərbələr endirmək üçün uğurla istifadə edib.

Ukraynada Rusiya silahlı qüvvələri İranın “Şahed-136” PUA-larından elektrik şəbəkəsinə, su kəmərlərinə, dəmiryol xətlərinə, bəndlərə və digər mühüm infrastrukturlara hücum etmək üçün istifadə edir. Rusiya onlardan istifadə etdiyini təkzib edir, İran təmkinli olduğu halda, xarici işlər naziri bu yaxınlarda nəhayət etiraf edib ki, Rusiyaya “məhdud sayda” PUA tədarük edilib.

Türkiyə Azərbaycana satışdan başqa, Efiopiya, Mərakeş, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkmənistan, Pakistan və Pakistanın rəqibi Hindistana PUA-lar satıb və onları öz qüvvələrinə dəstək məqsədilə onları Suriyaya yerləşdirib. Bu yaxınlarda Türkiyə və Tripolidəki müvəqqəti Liviya hökuməti Tripoli administrasiyasına PUA satışını nəzərdə tutan hərbi əməkdaşlıq müqaviləsi imzaladılar.

Liviya Türkiyə və Çinin vətəndaş müharibəsində əks tərəfləri silahlandıraraq öz mallarını nümayiş etdirə biləcəkləri “PUA müharibələri üçün məkan” adlandırılıb. Bu, zavod tərəfindən dəstəklənən motor yarışı komandalarının arxasında dayanan “Bazar günü qazan, bazar ertəsi sat” fəlsəfəsinin müasir versiyasıdır, lakin bu məkanda yarışmaçılar Türkiyə istehsalı TB2 və Çin istehsalı “Wing Loong”dur. Lakin, dəqiqlik aurasına baxmayaraq, döyüşən tərəflər ABŞ da daxil olmaqla, digər PUA istifadəçilərindən daha yaxşı nəticə göstərmədilər.

ABŞ-da təhsil alan mühəndis Selçuk Bayraktar Türkiyədə “Bayraktar TB2”ləri hazırlayan “PUA-ların xaç atası” kimi tanınır. Türkiyənin müdafiə sənayesini gücləndirməsinin əsl səbəbi ölkənin Yunan və Kipr türkləri arasında münaqişəyə müdaxiləsindən sonra 1975-ci ildə ABŞ-ın silah embarqosudur. Embarqo Türkiyəni yerli silah sənayesini gücləndirdi və o, türk şirkətlərinin beşinci nəsil F-35 “Lightning II” döyüş təyyarələrinin əsas tədarükçüsü olduğu nöqtəyə qədər daşıdı.

2021-ci ildə Türkiyə ABŞ, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya da daxil olmaqla 169 ölkəyə silah ixrac edib. TB2 NATO üzvü Polşa da daxil olmaqla 24 ölkəyə satılıb və “Baykar “daha böyük “Akıncı” PUA-larını 5 ölkəyə satmağa razılıq verib. Türkiyə gələcək tədarükün kəsilməsinin qarşısını almaq və Qafqazda və Mərkəzi Asiyada regional lider olmaq istəyini gücləndirmək üçün sənayesini genişləndirməyə davam edəcək. 2021-ci ildə TB2-nin istehsalçısı “Baykar” Türkiyənin 3,2 milyard dollarlıq müdafiə ixracının beşdə birini təşkil edib. Türkiyənin müdafiə ixracı 2020-ci ildə 2,3 milyard dollar olub, 2022-ci ildə 4 milyard dolları keçə bilər.

Türkiyə, həmçinin PUA istehsalı müəssisələrini Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) köçürməsi planlaşdırır.

Ukrayna fabrikinin 2024-cü ilin sonlarına qədər tamamlanması gözlənilir və Qazaxıstan TUSAŞ-ın “Anka” PUA-larını istehsal edəcək. BƏƏ TB2-lərin öz ərazisində istehsal edilməsi üçün investisiya yatırmağı planlaşdırır.

Yəməndə sınaqdan keçirilmiş İranın “Şahed-136” PUA-ları oktyabr ayında Rusiyanın şəhərlərə, elektrik stansiyalarına və digər infrastrukturlara hücumu nəticəsində Ukraynaya dramatik şəkildə daxil olub. Onlar aşağı qiymətə malikdir, hər birinin qiyməti 20.000-60.000 dollar arasındadır. Bəziləri iddia edir ki, ABŞ-dan təchiz edilmiş bir “Switchblade” PUA-sının qiymətinə onlarla İran PUA-sı alına bilər.

Əsl dəyəri nə olursa-olsun, onlar ucuzdur və Ukrayna onları vurmaq üçün Amerika tərəfindən təchiz edilmiş çoxlu bahalı silahlardan istifadə edir.

İran Yəməndəki husi üsyançılarına və Livandakı “Hizbullah”a PUA-lar verib. İran Tacikistan və Suriyada PUA zavodları qurub, lakin sonuncu oktyabr ayında İsrail tərəfindən məhv edilib.

İran effektiv hava qüvvələrini inkişaf etdirə bilmədiyi üçün zərurət üzündən PUA-lara üz tutub, buna görə də PUA-lar İranın hərbi strategiyasının dörd sütunundan birinə çevrilib. Digər sütunlar raket proqramı, qeyri-dövlət aktorları və kibermüharibə imkanlarıdır.

Sanksiyalar və Qərbin iqtisadi müharibə kampaniyası səbəbindən İran yerli istehsala diqqət yetirib və 2011-ci ildə RQ-170 “Sentinel” kəşfiyyat PUA-sının və 2019-cu ildə RQ-4A “Global Hawk” PUA-larının vurulması ilə ABŞ sistemlərinin nüsxələrini yaratmağa başlayıb. Son yayılan xəbərlərdə iddia edilir ki, İran “Şahed-136”da Qərb hissələrinin Çin nüxsələrindən istifadə edir. İran ehtiyac duyduğu hər şeyi daxildən və ya digər ölkələrdən təmin edə bilməyəcək, lakin bu, əhəmiyyətsizdir, çünki Çin İranla ticarəti dayandırmayacaq və İran bəzi daxili tərəflərin mənşəyindən asılı olmayaraq Rusiya (və digər potensial alıcılar) ilə təsir rıçaqları əldə edir.

İran 1980-ci illərdə İraqa qarşı müharibə zamanı PUA proqramına başladıqdan sonra real irəliləyiş əldə edib. Lakin bu, Türkiyənin uğuru ilə bərabər ola biləcəkmi? Böyük ehtimalla yox, çünki Türkiyə daha böyük və şaxələndirilmiş iqtisadiyyata malikdir, NATO-nun üzvüdür və yaxşı inkişaf etmiş infrastruktura malikdir və bu onu regionun enerji və nəqliyyat mərkəzi olmağa əsas namizəd edib.

PUA biznesində növbəti səviyyəli uğur daha böyük silah yükləri və ya daha uzun məsafədən zərbə deyil, hədəfləmə həllinə çevrilə bilən məlumatların toplanması və təhlili üçün lazım olan sistemlərin işlənib hazırlanması və tətbiqindən asılıdır. Bunlar İranın əldə edə bilməyəcəyi elementlərdir.

Bununla belə, İran əhəmiyyətli ballistik raket portfeli inkişaf etdirib və qabaqcıl nüvə tədqiqat proqramına malikdir. Türkiyə və İran tərəfindən hərbi PUA-ların inkişafı və yayılması daha mürəkkəb təchizat zəncirlərini inkişaf etdirib. İran və Türkiyə PUA inkişaf etdirən zaman onlar nəinki hissələrin çoxunu necə hazırlamağı öyrəniblər, həm də xarici hissə tədarükçüləri ilə əlaqələr qurublar.

NATO üzvü Türkiyə bəzi PUA hissələrini Kanadadan (elektro-optik və infraqırmızı kameralar), Birləşmiş Krallıqdan (raket komponentləri) və Ukraynadan (mühərriklər) əldə edib. 2020-ci ildə Türkiyə istehsalı PUA-lar Azərbaycan tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı istifadə edildikdə Kanada hökuməti və Böyük Britaniya şirkəti ixracı dayandırdı. Həmçinin 2020-ci ildə Türkiyə gələcəkdə Ukrayna mühərriklərini əvəz etmək üçün yerli mühərriklərin sınaqlarına başladı. “Baykar”ın baş texniki direktoru Selçuk Bayraktar şirkətin Britaniyadan raket komponenti aldığını təkzib edib və özlərinin daha yaxşı sistemləri hazırladığını bildirib. 2022-ci ilin əvvəlində Türkiyə TB2-ni yerli istehsal edilmiş elektro-optik sistemlə təchiz etdiyini açıqladı.

Türkiyə idxal olunan hissələri əvəz etməyi bacardı, bəzən tərsinə mühəndislik yolu ilə yerli sistemlər yaratdı və qeyd olunan təchizatçıları yerli müəssisələrlə əvəz etdi.

İran Türkiyə ilə eyni mövqedə deyil və gizli maliyyə, qeyri-rəsmi daşımalardan istifadə və özünün hazırlaya bilmədiyi bir çox hissələri və materialları əldə etmək üçün sızma və təxribat sahəsində bacarıqlarını təkmilləşdirməli oldu. Satıcıların, yükgöndərənlərin və məmurların unikal “kanalları” var. Onlar PUA-lar, ballistik raketlər və ya döyüş təyyarələri və s. kimi hər bir silah növü üçün hissələrin gizli tədarükündə unikal kanllardan isifadə edirlər. Beləliklə, İran embarqolara qarşı nə qədər çox silah hazırlamalı oldusa, bir o qədər çox xarici tərəfdaş yaratdı və iş adamları və məmurları sanksiyalardan və embarqodan yayınmağı öyrəndi.

Məsələn, Ukrayna səmasında vurulan İran istehsalı “Mohajer-6” PUA-larında Avstriyanın “Rotax” təyyarə mühərrikləri aşkar edilib. Mühərriklərin satışı Avropa İttifaqının İrana tətbiq etdiyi sanksiyaların pozulmasıdır və mühərriklərin mütəşəkkil, dünya miqyasında oğurluq kampaniyasının hədəfi olduğu güman edilir. Sanksiyalar və embarqolar İran tərəfindən silahların inkişafını ləngidir, lakin Tehranın təhlükəsizlik xidmətləri, oğurluq və gələcək əməliyyatlarda istifadə oluna biləcək yeni əlaqələr yaratmaq üçün kriminal şəbəkələrdən istifadə edir.

Oxşar şəkildə İsveçdən 175-dən çox sürətölçən kameranın oğurlanmasının arxasında Rusiyanın dayandığı güman edilir. Ukrayna qüvvələri ölkəyə casusluq etmək üçün göndərilən Rusiya PUA-larında oxşar tipli sürətölçən kamera aşkarlayıb.

Alıcılar üçün PUA-ların topladığı məlumatlardan istifadə etməyi öyrənmək də vacibdir. Satıcı müştərinin ölkəsində məlumatların toplanması, saxlanması və mərkəzə ötürülməsi prosesini təmin edə bilər və ya müştəri satıcı tərəfindən təmin edilən məlumat toplama və təhlil xidmətlərindən istifadə edə bilər. Alıcı məlumatlardan hərbi əməliyyatlar, diplomatiya, ticarət, ətraf mühitin mühafizəsi, vəhşi təbiətin qorunması və təbii ehtiyatların istismarını dəstəkləmək üçün istifadə edə bilər.

Alıcı məlumatları ölkədən kənarda və ya “bulud”da saxlaya bilər. İstənilən satıcı – ABŞ, Rusiya, Çin, Türkiyə və ya İran – alıcıya casusluq etmək üçün müştəri məlumatlarına çıxışından istifadə edəcək, beləliklə, alıcı siyasi seçimlərini məhdudlaşdırmayan ölkədən silah alacaq. Satıcı şirkətlər müqavilələrində nə deməsindən asılı olmayaraq, öz hökumətlərinə hesabat verirlər.

PUA-ların yayılması həmçinin Vaşinqton və onun müttəfiqləri üçün mövcud seçimlərə təsir edir və məhdudlaşdırır.

PUA-ların döyüş bölgələrinə yeridilməsi münaqişəni uzada, iqtisadiyyatları və hökumətləri zəiflədə, qeyri-sabitliyə, yoxsulluğa və xaricə miqrasiyaya səbəb ola bilər. ABŞ, məsələn, İrana və onun proksilərinə qarşı hərəkət edə bilər, lakin üçüncü tərəfə qarşı hərəkət etməsi digər regional prioritetlərlə ziddiyyət təşkil edə və vəziyyəti daha da çətinləşdirə bilər.

PUA-ların yayılması ABŞ və İsrailin həyata keçirdiyi hədəflənmiş qətllərin artmasına səbəb ola bilər. Hədəflər PUA hücumunun arxasında kimin dayandığını sursat parçalarından anlaya bilər, lakin “saxta xəbər” olduğu iddia edilərək hər şey asanlıqla inkar edilə bilər.

Böyük Britaniyanın insan haqları qrupu “Reprieve” ABŞ PUA-larının Pakistanda endirdiyi 41 zərbənin 1147 nəfərin ölümünə səbəb olduğunu müəyyən edib. Məsələn, ABŞ bir neçə amerikalıdan başqa heç kəsə məlum olmayan “Pakistan Talibanı”nın komandir müavini Qari Hüseyni altıncı dəfə bəxti gətirməzdən əvvəl beş dəfə öldürməyə cəhd etdi, lakin bu prosesdə 13-ü uşaq olmaqla 128 insanı öldürdü. ABŞ ən yaxşı hədəfləmə və kəşfiyyat məlumatlarına malikdir, ona görə də başqalarının səyləri daha ağır nəticələrə səbəb olacaq.

Milli hökumətləri və xüsusən də ABŞ-ı narahat edən məsələlərdən biri də PUA-ların cinayətkar dəstələr, təbii ehtiyatlara nəzarət edən yerli hərbi xadimlər və dövlət tərəfindən dəstəklənən milis qruplarının PUA-lardan istifadə etməsidir.

Meksika və Latın Amerikasında narkotik kartelləri PUA-lardan dövlət aktorları ilə eyni məqsədlər üçün istifadə edirlər. Sosial medianın fərasətli istifadəçiləri olan kartellər rəqib dəstələrə bomba atmaq qabiliyyətini açıq şəkildə nümayiş etdiriblər. Kartellər dövlət rəsmilərini öldürməkdən çəkinmirlər, ona görə də onlar PUA-lardan dövlət qurumlarına və potensial olaraq ABŞ rəsmilərinə qarşı daha mürəkkəb hücumlarda istifadə edəcəklər. 2021-ci ilin noyabrında İraqın baş naziri Mustafa Əl-Kazımi İranın himayə etdiyi milis qüvvələri tərəfindən edilən PUA hücumundan sağ çıxıb.

Beləliklə, PUA-ların yayılması İran və Rusiya arasında əməkdaşlığın artmasına səbəb olacaq, Türkiyə isə ABŞ və ya NATO hədəfləri ilə uyğunlaşa və ya uyğunlaşa bilməyən öz yolunu tutacaq. PUA isə yerli siyasətçilərə ölkənin “müdafiə suverenliyinə” nail olduğunu iddia etmək üçün yeni bir yol təklif edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   PUA   Müharibə  


Bizi "telegram"da izləyin