Klaarın bəyanatı faktiki gərginliyə görə məsuliyyəti Ermənistanın üzərinə qoysa da, ölkəmizə də çağırış var. Lakin gərginliyin qarşısını almaq təkcə Azərbaycanın siyasi iradəsini tələb etmir.
Ermənistan bunu nəinki icra etmir, praktiki olaraq tam əksini edir. İrəvan, müntəzəm olaraq hərbi şantajlara, sabitliyin pozulmasına gətirib çıxaran hərəkətlərə əl atır. Siyasi şərtlərə hörmət etmədiyi təqdirdə Azərbaycan ordusu Ermənistana yenidən öz yerinə göstərməyə hazırdır. Ancaq Toivo Klaar bütün bunların şahididir, o, kor və kar deyil, Ermənistanın nə etdiyini, Azərbaycanın nə etdiyini eşidir, görür. Amma “bərabər” qiymətləndirməyə cəhd də var: hər ikisindən siyasi iradə tələb olunur. Bu, Paşinyanın hərbi şantajını və onu müşayiət edən siyasi tələbləri qanuniləşdirir.
Əgər Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistanın hərbi şantajını legitimləşdirmək fəaliyyəti ilə məşğuldursa, o zaman Toivo Klaar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə cəhddən praktiki olaraq çəkinməlidir. Ermənistanın təxribatçı siyasətini legitimləşdirən bəyanatlar və “nəticələr” verə bilən subyekt arzuolunmaz vasitəçidir.
Aqil Məmmədov
Ordu.az