Ordu.az xəbər verir ki, bu barədə razılaşma sənədinin imzalanması mərasimini canlı yayımlayan “Əl-Hədas” kanalı məlumat yayıb.
Qeyd olunub ki, ölkədəki siyasi böhranın qarşısını almaq üçün razılaşma bu gün paytaxt Xartum şəhərində imzalanıb və əldə olunmuş razılaşmaya əsasən Sudanda yaxın vaxtlarda baş nazir təyin edilməlidir.
Razılaşmanın şərtlərinə əsasən, baş nazir razılaşma sənədini imzalayan vətəndaş təşkilatlarının nümayəndələri sırasından seçilməlidir və hökumət başçısı seçildiyi andan etibarən iki illik keçid dövrü tətbiq ediləcək ki, bu da ümummilli seçki ilə başa çatmalı olacaq.
Əlavə olunub ki, ölkə prezidenti postuna namizəd də mülki şəxslərin sırasından seçiləcək və o ölkənin silahlı qüvvələrinin baş komandanı olacaq.
Ordu.az