Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, kartoqraf Şahen Şahinyan deyib.
Onun sözlərinə görə, çünki Sovet İttifaqının dərc etdiyi sonuncu inzibati ərazi bölgüsü xəritələrində artıq anklav ərazilər var və Ermənistanın ərazisi 29800 kvadrat kilometrdir.
Şahinyan bildirib ki, Rusiya faktiki olaraq demarkasiya prosesindən yayınır və işdə iştirak etməyə hazır olduğunu bildirərək material təqdim etmir.
“Təbii ki, Rusiya Baş Qərargah xəritələri dedikdə Sovet İttifaqının inzibati ərazi bölgüsü ilə bağlı ən son xəritələri nəzərdə tutulursa, o zaman söhbət Ermənistan üçün ən sərfəli olmayan 1970-ci illərin xəritələrindən gedir. Orada anklavlar var, Azərbaycanın nəzarətində olan yüksəkliklər var, birbaşa təhlükə altında olan yollar var. Yəni hansı xəritələrdən danışdığımızı görməyincə, o xəritələr Ermənistan tərəfinə verilməyənə qədər o bəyanatı birmənalı qəbul etmək olmaz”. - deyə erməni ictimai xadim əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az