Qanun layihəsi gələn həftə parlamentdə müzakirəyə çıxarılacaq. Ancaq məlumata görə, artıq FHN-də yas və çaşqınlıq hökm sürür, nazirliyin əməkdaşlarının bir hissəsi ixtisar olunacaq, yəni xeyli adam işsiz qalacaq.
Ermənistan mediası yazır ki, bəziləri artıq iş axtarmağa başlayıb, bəziləri kreditlərini necə ödəyəcək, ailəsini dolandıracaqlarından qorxur.
Ermənistan fövqəladə hallar nazirinin birinci müavini Artyuş Qriqoryan bildirib ki, layihə ilə həm polisin, həm də FHN əməkdaşlarının sosial təminatları maksimum dərəcədə təmin edilir.
“Struktur təsdiq edildikdən sonra onun hansı struktura malik olacağı bəlli olacaq, təbii ki, təkrarlanan funksiyalara malik idarələr birləşdirilməlidir”, - deyə o qeyd edib.
Qriqoryan bildirib ki, Daxili İşlər Nazirliyi formalaşdıqdan sonra hər kəs attestasiyadan keçəcək.
“Düşünürəm ki, FHN-in binası qalacaq, yəni DİN-in binasına çevriləcək, ona görə də hesab edirəm ki, həm polis, həm də FHN öz yerində qalacaq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az