Erməni ekspert: “Bəzi ölkələr Ermənistana qarşı nə qədər mehriban olsalar da, onun yanında olmayacaqlar”

2022/12/timth-1670228317.jpg
Oxunub: 361     17:16     06 Dekabr 2022    
“Azərbaycanın bugünkü davranışı, gündəlik hadisələr həm də bizim tərəfimizdən paralel işləməməyin nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu erməni iranşünas, Yaxın Şərq məsələləri üzrə erməni ekspert Harut Artin Arakelyan deyib.

Onun sözlərinə görə, Ermənistan paralel işləmədən, sərhədləri qoruya bildiyini göstərmədən hansısa sülh müqaviləsi, sülh zəmanəti axtarır.

“Təbii olaraq Azərbaycan bu vəziyyətdən sui-istifadə edərək hərbi əməliyyatlara əl atmağa çalışacaq. Yenə belə çıxır ki, təəssüflər olsun, gözəl sözlərin qucağına düşmüşük”, - deyə Arakelyan qeyd edib.

Erməni ekspert bildirib ki, bəzi ölkələr Ermənistana qarşı nə qədər mehriban olsalar da, onun yanında olmayacaqlar.

“Bugünkü vəziyyət ilk baxışda çaşqınlıq kimi görünsə də, bu, çox təbii və diplomatik inkişafdır və onu da proqnozlaşdırmaq olar. Bildirildi ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanmalıdır, lakin mənim fikrimcə, hər halda, bu, bir neçə səbəbə görə baş tutmayacaq. Birincisi, sülh müqavilələri, təbii ki, təslim olmadıqda, belə tələsik şəkildə bağlanmır. Əsl sülh müqaviləsində demarkasiya, delimitasiya və hər şey aydın olmalıdır. İkincisi, onlar Qarabağı Azərbaycanın daxili məsələsi kimi qoyub Ermənistanla Azərbaycan arasında sülh yaratmaq istəyirlər”, - deyə Arakelyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin