KİV: Ermənistan hakimiyyəti Rusiyadan niyə inciyir?

2022/12/timth-1670228281.jpg
Oxunub: 310     11:39     06 Dekabr 2022    
Qarabağ məsələsi köhnə məsələdir, həm iki dövlət, həm də iki xalq üçün ağrılıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Big-rostov.ru” nəşri yazıb.

Nəşr qeyd edib ki, hər şey mürəkkəb və anlaşılmazdır.

“Deməli, bu qarşıdurmaya qiymət vermək lazım deyil: necə deyərlər, bizim işimiz deyil. Bununla belə, çoxları başa düşür ki, Ermənistanın problemlərinin mühüm hissəsi kütləvi anti-Rusiya etirazları ilə müşayiət olunan və təbii ki, anqlosakslar tərəfindən idarə olunan rəngli inqilabdan başlayıb. Amma bütün bunlara və Ermənistanın indiki hakimiyyətinin aşkar anti-Rusiya kursuna baxmayaraq, hətta tam başa düşürlər ki, heç bir Amerika onlara kömək etməyəcək və Ermənistanın ərazi bütövlüyünün yeganə təminatçısı Rusiyadır. Ermənistan KTMT-ni tərk edərsə, Rusiya qoşunları Gümrüdən və təmas xəttindən çıxarılarsa, bu dövlət sadəcə olaraq mövcudluğunu dayandıra bilər, özü də qısa müddətdə. Təbii ki, Rusiya buna imkan verməyəcək. Ermənistan hakimiyyəti istərdi ki, Rusiya onların tərəfində münaqişəyə qarışsın və Azərbaycana qarşı müharibəyə girsin. Amma bu o halda mümkündür ki, müharibə Ermənistan ərazisinə də çatsın. O zaman təbii ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirəcək, buna şübhə yoxdur. Rusiyadan inciməzdən əvvəl Ermənistan hakimiyyəti özlərinə iki sual verməlidir. Niyə Ermənistan heç vaxt “Qarabağın müstəqilliyi”ni tanımadı? Niyə Ermənistan 44 günlük müharibədə nizami ordusunu Qarabağa göndərmədi? Bu sualların cavabı çoxlarına, o cümlədən Rusiya hakimiyyətinə aydındır”. - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin