“Laçın dəhlizini təhlükəsizlik zonası olmayan birbaşa yola çevirmək, sülhməramlıları oradan çıxarmaq...” - Elibeqova

2022/12/image-1670228136.jpg
Oxunub: 587     17:27     05 Dekabr 2022    
“Rəqibin çox sadə tapşırığı var: Qarabağı Ermənistandan elə kəsmək lazımdır ki, hətta öz partnyor hakimiyyətinin kənarlaşdırılması belə əhalinin azalmasının qarşısını almasın”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibeqova “Facebook” səhifəsində yazıb.

“Bunun üçün isə ona lazımdır:

1. Laçın dəhlizini təhlükəsizlik zonası olmayan birbaşa yola çevirmək,
2. sülhməramlıları oradan çıxarmaq,
3. öz nəzarət məntəqələrini qurmaq,
4. öz istəyi ilə istənilən vaxt əlaqəni bağlamaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Qarabağ  


Bizi "telegram"da izləyin