“Hraparak”: Ermənistan MTX-nin işçiləri nə Lavrovu tanıyır, nə rus dilini başa düşürlər

2022/12/image-1670228109.jpg
Oxunub: 485     21:45     05 Dekabr 2022    
Nikolun yerinə başqası olsaydı, o, artıq utanmaqdan ölmüşdü. Milli Təhlükəsizlik Xidməti də Milli Təhlükəsizlik Xidməti deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, belə təəssürat var ki, Ermənistan MTX-nin işçiləri nə Lavrovu tanıyır, nə rus dilini başa düşürlər, nə də ölkənin təhlükəsizliyini təmin etmək onların məsuliyyəti deyil.

“Təsəvvür edirsinizmi, Blinken Makronu Fransaya qarşı xəyanətdə ittiham edib, Makron səsini çıxarmayıb, Fransa təhlükəsizlik xidməti heç nə olmayıbmış kimi əyləşib? Lakin Makron Fransanın prezidentidir və əgər onun iradəsinin əleyhinə və ya məlumatsızlığından belə bir hadisə baş versə, yerindəcə infarkt keçirər və Qüdsə gedərdi. Ermənistan Milli Təhlükəsizlik Xidməti hər baş verənlərə bağlı gözlərlə baxır. Siz necə düşünürsünüz, Lavrov təsadüfən kartları açıb, ona təsadüfən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı sual verilib? Sadəlövh olmayın. Soçidən sonra Lavrov səbirlə susdu. Orada birgə bəyanat qəbul edildi və bu bəyanatla Ermənistan və Azərbaycan hələ də sülh müqaviləsinin Rusiya variantı ətrafında saxlanıla bilərdi. Düzdür, “Dağlıq Qarabağ” ifadəsi də çıxarılıb, amma bu, Azərbaycanın Praqada Nikolun razılıq verdiyi 5 təklifi deyildi. Və məlum olur ki, Ararat Mirzoyan Avropanın xarici işlər nazirlərinin toplaşdığı Polşadadır. Təbii ki, Lavrov dəvət olunmadı və Ararat Mirzoyan da həmin şəraitdən istifadə edərək türklərin və azərbaycanlıların mühasirəsində özünü unutdu. Keçmiş “işəgötürənləri”nin “sürpriz” diqqətindən hədsiz həyəcanlandı və yaltaqlandı”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Lavrov  


Bizi "telegram"da izləyin