“Hraparak”: Paşinyanın baş nazirliyi dövründə biz Qarabağı tamamilə təhvil verəcəyik

2022/11/1669362838.jpg
Oxunub: 352     16:57     05 Dekabr 2022    
Ötən qış dövrü qaz kəmərinin partlaması, bu il Gorus-Xankəndi avtomobil yolunun bağlanması ilə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Qarabağda azərbaycanlıların müxtəlif fəaliyyətəri daha tez-tez baş verəcək.

“2021-ci ilin iyununda erməni seçicilərdən “polad mandat” alan Paşinyan onlara cavab verə bilmir. Çünki o mandat yalnız öz şərəfsiz hakimiyyətini qorumağa yönəlib. O, çoxdan Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək məsuliyyətini Rusiyanın sülhməramlı təşkilatına təhvil verib. Ruslar da bacardıqları qədər öz funksiyalarını yerinə yetirirlər. Sülhməramlılara etiraz etməkdənsə, özümüzə sual vermək daha düzgün olardı ki, biz və ya Ermənistan seçicilərinin mandat verdiyi hökumət nə edir? Nikol Paşinyanın baş nazirliyi dövründə biz Qarabağı tamamilə təhvil verəcəyik, çünki bu, onun mövqeyidir. Eyni zamanda, Qərb ölkələrinin də istəyi belədir. Sülhməramlı qüvvələrin mandatını təsdiqləməmək və onların Qarabağda 2025-ci il noyabrın 10-dan sonra mövcudluğunu uzatmamaq İlham Əliyevin istəyidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Paşinyan  


Bizi "telegram"da izləyin