Erməni siyasi xadim: “Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı sonuncunun tərkib hissəsi kimi tanıyır”

2022/12/image-1670227578.jpg
Oxunub: 447     15:42     05 Dekabr 2022    
“Fransa parlamentinin qəbul etdiyi ermənipərəst qətnamə icra hakimiyyətinə manevr etmək üçün geniş imkan verir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan deyib.

Onun sözlərinə görə, bu cür qətnamələrin müddəaları Fransa hökumətinin hərəkətlərinin əsasını təşkil etdikdə Ermənistan üçün praktiki əhəmiyyət kəsb edəcək.

“Gördük ki, hökumət öz siyasəti kontekstində bu qətnaməni bələdçi hesab etmək fikrində deyil. Ermənistana mənəvi dəstək göstərilib ki, bu da təqdirəlayiqdir və hansısa siyasi məqsədlərə nail olmaq üçün istifadə oluna bilər, amma hələlik başqa heç nə yoxdur. Lavrovun dediyi o oldu ki, rəsmi İrəvan artıq “Qarabağın statusu” məsələsini prioritet hesab etmir və Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı sonuncunun tərkib hissəsi kimi tanıyır. Düzdür, Lavrov bir qədər acı danışırdı və belə bir təəssürat yarandı ki, o, Ermənistandan narazıdır və rəsmi İrəvanın Qarabağdan imtina etdiyini düşünür və bu, cənab Lavrovu çox narahat edir. Amma onun davranışı bir qədər anlaşılmazdır, xatırlayaq ki, Ermənistan Baş naziri açıq şəkildə Rusiyanın nizamlanma planını tam dəstəklədiyini bəyan etmişdi və bu planın qəbulu rəsmi Bakı tərəfindən dayandırılmışdı”, - deyə Melikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin