Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Fransa nə Ermənistanın naminə, nə də erməni xalqının qara gözlərinə görə o qətnaməni qəbul etməyib.
Surenyants qeyd edib ki, qətnamə fransızların siyasi təsir aləti kimi nəzərdən keçirilə bilər.
“Brüssel danışıqlar platforması artıq açıq şəkildə böhran içindədir. Aydındır ki, biz yaxın vaxtlarda Brüssel platformasında danışıqlar prosesi görməyəcəyik. Bilmirəm, Fransa hakimiyyəti bu cür davranışı qəbul etməzdən əvvəl bu vəziyyəti nəzərə alıb, ya yox. Əgər proqnozlaşdırmışdılarsa, Fransa ehtiyat tədbirləri tətbiq edəcək, ya yox? Bunlar informasiya çatışmazlığı səbəbindən dəqiq cavabı olmayan suallardır. Ümumiyyətlə, bu gün bizə yaltaq bəyanatlar deyil, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə qarantiya verəcək, institusional sülhə təminat verən ölkələr lazımdır”, - deyə Surenyants bildirib.
Alpər Mövludoğlu
Ordu.az