Erməni icma rəhbərinin müavini: “Cermukdakı sığınacaqlarda planlı təmizlik işləri görürük”

2022/12/image-1670227258.jpg
Oxunub: 557     16:00     05 Dekabr 2022    
“Sığınacaqlarda planlı təmizlik işləri görürük, işimiz yenicə işıqlandırılıb. Planlı işlərimizi tabeli strukturumuz həyata keçirir, ancaq indi həyata keçirdiklərini əvvəllər də ediblər”.

Ordu.az xəbər verir ki, bunu İstisu (Cermuk) icmasının rəhbərinin müavini Vardan Sarkisyan deyib.

Onun sözlərinə görə, borular zədələnir, strukturlar təmir olunur, nəzarət olunur, təmizlənir, bunun yaranmış gərgin vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Bizdə indi binanın zirzəmilərinin səliqə-sahmana salınması problemi var. İşlər davamlı olaraq görülür, bir binanı bitirirsən, o biri binada boru xarab olur, başqa binada elektrik naqili xarab olur, istər zirzəmidə olsun, istər girişdə, istərsə də bayırda, işlər həmişə görülür. Otellər, sanatoriyalar fəaliyyət göstərir, amma təbii ki, qonaq çatışmazlığı var. Bilirsiniz, hərbi əməliyyatlar zamanı bəzi insanlar getdilər. Onlar şəhərdə qalmışdılar, ilkin vaxtlarda öz zirzəmilərində sığındılar. Davamlı iş aparılır, bizim camaatda insanlar əsasən hara sığınacaqlarını bilirlər”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cermuk   Sığınacaq  


Bizi "telegram"da izləyin